25 Aprel 2019 14:05
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşıqlı şəhər” filminin premyerası keçirilib.

Teleqraf.com-un məlumatına görə, filmin ssenari müəllifi və rejissoru Lalə Axundova, operatoru Yuri Varnovskidir.

Teatr Xadimləri İttifaqının Aktyorlar Evi zalında baş tutan premyerada mədəniyyət və incəsənət adamları, Milli Məclisin üzvləri iştirak edib.

Film Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən film rus, Azərbaycan dillərində yayımlanacaq.

Tanınmış dramaturq və rejissor Ramiz Fətəliyev açılış nitqində söyləyib ki, “İşıqlı şəhər” Bakı haqqında ən yaxşı filmlərdəndir. O, filmin iki dillə yanaşı mətnsiz versiyası ilə də tanış olduğunu və çox bəyəndiyini deyib.

Lalə Axundova çıxışında bildirib ki, həmişə doğma şəhərə sevgisini etiraf etmək istəyib: “Bu film bir növ mənim sevgi etirafımdır. Təkcə mənim yox, filmdə iştirak edən bütün çəkiliş qrupunun etirafıdır. Çəkiliş şərtlərimiz elə də asan olmasa da, bunu bacardıq. Mənə elə gəlir ki, bu etiraf bizim gözəl Bakımıza layiqdir”.

Onun sözlərinə görə, süjet çox sadədir: “Film Bakının bir günü haqqındadır. Paytaxtımızın müxtəlif guşələrdən görüntüsü, sadə ayaqqabı təmiri yerindən tutmuş butiklərə qədər əks olunur. Qısası Bakının fərqli məkanlardakı həyat tərzi öz əksini tapıb. Həm yeni, həm köhnə Bakının müqayisəsi aparılıb”.

Filmin prodüserləri Böyükağa Məmmədov, Azad Axundov, redaktoru Dilarə Vəkilova, Nadir Bədəlov, səs operatoru Rəşad Mustafayev, Əliabbas Qasımov, bəstəkar Salman Qəmbərovdur.


Müəllif: Nərgiz

Oxşar xəbərlər