Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İtaliyada çapdan çıxıb.
Teleqraf.com AzərTac-a istinadən xəbər verir ki, Daniele Franzoninin italyan dilinə tərcümə etdiyi kitabda ön sözün müəllifi görkəmli yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardinidir. Kitabın redaktoru isə professor Mikele Bernardinidir.
Qeyd edək ki, əsərdə Kamal Abdulla “Dədə Qorqud” hekayətlərinin ilk və yarımçıq layihəsini əks etdirib. Romanda VIII əsrdən XV əsrədək oğuz eli tayfalarının həyatı ilə bağlı maraqlı məqamlar yer alıb.
“Sandro Teti” nəşriyyat evində çapdan çıxan kitabın ön sözündə professor Franko Kardini romanın italiyalı oxucular tərəfindən bəyəniləcəyinə əminliyini vurğulayıb.