“Xaç atası-2” və “Bryusterin milyonları” filmində çəkilmiş Karmine Karidi 86 yaşında vəfat etdi. Bu barədə TMZ portalı aktyorun nümayəndəsinə istinadla məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, aktyor Los-Ancelesdə klinikaların birində vəfat edib. O, komada idi.
Karmine Karidi “Xaç atası-2” və “Xaç atası-3” filmlərində oynadığı müxtəlif rollarla yadda qalıb. O, filmin ikinci hissəsində Karmine Rozato, üçüncü hissəsində isə Çikaqo cinayətkar qrupunun başçısı Albert Volpenin rollarına çəkilib. Aktyor 60 illik karyerası dövründə 100-dən çox film və teleserialda rol alıb.