“Tələbəlik illəri mənə çox şey öyrətdi. Atam hüquqçu, mən isə hərbçi olmaq istəyirdim. Sonradan gəldim İncəsənət Universitetinə. Atam məndən imtina etdi. Dedi, nə qədər ki, orada oxuyursan, mənim oğlum deyilsən. Kifayət qədər imkanlı ailə idik, amma mənə kömək etmədilər. Mən də tələbə vaxtı gündüzlər oxuyuub, gecələr işləyirdim. Dəniz vağzalına gedib günə 10-15 manata müxtəlif işlər görürdüm”.
Teleqraf.com xəbər verir ki, bu barədə ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı olan xalq artisti Nurəddin Mehdixanlı çətin keçən tələbəlik illərindən danışarkən deyib.