27 İyun 2019 15:07
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Billi Draqo 74 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, məşhur aktyor Los Ancelesdəki evində ölüb.

Ölüm səbəbi bildirilməyib.

Hindu əsilli olan Billi Draqo kino karyerasına 1979-cu ildə başlayıb. Bu səbəbdən bir çox serial və bədii filmdə hindu obrazını canlandırıb.

Ən populyar rolları “Cazibədar” filmindəki İblis Barbasa, “Toxunulmazlar”dakı Frank Nittidir.


Müəllif: Mənsur Rəğbətoğlu