3 İyul 2019 12:51
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

“CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə “Kino Gecəsi” keçiriləcək.

Teleqraf.com xəbər verir ki, “Kino Gecəsi” iyulun 6-dan 7-nə keçən gecə, saat 23:00-dan səhər saat 7-dək davam edəcək.

Bu müddət ərzində qonaqlara “Yaraşıqlı, pis, əclaf” (“Cinemazadeh” studiyasında hazırlanmış Azərbaycan dili dublyajı və rus dili dublyajı”), “Anonim qatillər klubu” (“Cinemazadeh” studiyasında hazırlanmış Azərbaycan dili dublyajı və rus dili dublyajı”) və “Stokholmda bir gün” (rus dilində və Azərbaycan dilində altyazıları ilə) filmləri göstəriləcək.

Bütün gecəni səhərədək DJ-in dinamik musiqi ilə parlaq çıxışı tamaşaçıları əyləndirəcək. Həmçinin tədbirdə alkoqollu və alkoqolsuz içkilər veriləcək.

“Yaraşıqlı, pis, əclaf” filmi real hadisələr əsasında çəkilib və ən məşhur qatillərdən birindən bəhs edir. Ted Bandi, yaraşıqlı və xarizmatikdir, onu görən qızlar lap özlərini itirirlər. Əsl məhəbbət arzusunda olan Elizabet də onlardan biridir, o, ilk baxışdan Tedə vurulur. Xoşbəxtliyin zirvəsində olduğunu zənn edən vaxt Ted həbs olunur – onu, qadınları xüsusi amansızlıqla öldürməkdə ittiham edirlər. Zərif, ağıllı və mədəni bir oğlan – qəddar manyak ola bilərmi? Sevimli və əziz Ted… Kimdir o? Yaraşıqlı kişi, sevimli ata, yoxsa Amerika tarixinin ənm qəddar cinayətkarı?

“Anonim qatillər klubu” filmində bir neçə əfsanəvi və peşəkar muzdlu qatil gizli yerlərin birində yığışırlar. Orada onlar öz həmfikirləri arasında ani şiddətlərini boğmağı öyrənirlər. ABŞ senatorunun ölüm gecəsi günü kluba yeni sirli üzv daxil olur və bununla da fikir ayrılıqları başlayır. Hər kəs bir-birindən şübhələnməyə başlayır.

“Stokholmda bir gün” kriminal dramında 1973-cü ildə baş vermiş rezonans doğuran bir cinayət haqqında danışılır. Azad olunandan sonra girovların davranışı ictimaiyyət tərəfindən ciddi təəccüb ilə qarşılanır, çünki, girovların hamısı onları incidənlərə rəğbət bəsləyirdilər. Məlumdur ki, oğrulara vəkil xidmətlərinə görə qurbanların özləri öz təşəbbüsləri ilə ödəniş edirdilər. Bundan sonra, qurbanın öz oğrusuna rəğbət bəsləməsi halına hər yerdə stokholm sindromu adlandırmağa başlamışdılar. Filmi real hadisələr əsasında Robert Budro çəkmişdir. Filmin premyerası 2018-ci ildə Tribeca kinofestivalında baş tutmuşdur, böyük ekranlarda isə bir il sonra çıxıb..

Biletləri onlayn və “CinemaPlus Amburan Mall” kinoteatrının kassalarından əldə etmək olar. Biletlərin qiyməti 15, VIP üçün isə 25 manatdır.

Əlavə məlumat: 012 499 89 88 və ya 119


Müəllif: Teleqraf.com