24 Avqust 2019 21:54
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 29-da “Dejavü” adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək.

Teatrdan Teleqraf.com-a bildirilib ki, tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.

Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İkinəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir.

Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər