26 Avqust 2019 21:44
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yay “Küləklə sovrulanlar” filminin ulduzu Oliviya de Hevillendin 103 yaşı tamam olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” yazıb. Oliviya de Hevillend 1939-cu ildə çəkilmiş əfsanəvi filmdə Skarlett O`Haranın sevdiyi insanın - Eşli Uilksin xanımını oynayıb və bu roluna görə ikinci dərəcəli rolun ən yaxşı ifasına görə özünün ilk “Oskar” nominasiyasını alıb.

Oliviya de Hevillend Viktor Fleminqin “Küləklə sovrulanlar” filminin yaradıcı qrupundan həyatda olan son insandır. O, Britaniya İmperiyası Ordeninin komandor qadın adına layiq görülüb, hazırda Fransada yaşayır. Aktrisanın Jizel adlı qızı var. Oğlu 1991-ci ildə onkoloji xəstəlikdən dünyasını dəyişib.

Aktrisa sonuncu dəfə 1988-ci ildə “Onun sevdiyi qadın” filmində Bessi xala rolunda çəkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər