13 Sentyabr 2014 22:06
2 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Natiq ritim” qrupunun möhtəşəm konserti baş tutudu. Hacı Zeynalabdin Tağıyev adına mədəniyyət evində keçirilən konsert öz rəngarəngliyi ilə yadda qalıb.


“Natiq ritm” qrupunun tələbələrinin məzun olması münasibətilə keçirilən konsertdən öncə təəssüratlarını ANS PRESS-lə bölüşən Natiq Şirinov bu anı çoxdan gözlədiyini dedi.

Tələbələrindən razı qldığını deyən Natiq Şirinov bu gün onlara şahadətnamələrin veriləcəyini, keçiriləcək konsertin isə tamaşaçılarda böyük maraq doğuracağını bildirdi.



Mən artıq 5 ildir ki, bu uşaqlara nağara çalmağı öyrədirəm və bu gün onlar məzun olurlar. Bu konsert də onların hesabat konsertidir. Konsertdə daha çox tələbələrim solo çıxış edəcək. Mən isə onlara dəstək olmaq üçün səhnədə olacam. Mən həm də çox sevinirəm ki, oğlum Ümid də tələbələrim arasındadı”, - deyə Natiq Şirinov bildirib.



Natiq Şirinov yaxın zamanda tələbələri ilə birlikdə Şəki şəhərində də böyük festival ilə çıxış edəcəklərini dedi.



Və konsert başladı. Bir-birindən maraqlı kompozisiyalar səsləndirən musiqiçilər tamaşaçılar tərəfindən rəğbət və alqışla qarşılandı.






























Müəllif:

Oxşar xəbərlər