2 Oktyabr 2019 14:00
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyimi vermək fikrindəyəm".

Bu sözləri Teleqraf.com-a açıqlamasında tənqidçi Əsəd Cahangir deyib.

Onun sözlərinə görə, belə qərara gəlməsi təsadüfi deyil: "Azərbaycan Yazıçılar Birliyinin sədri seçki vasitəsilə müəyyənləşir. Birliyin hər bir üzvünün sədrliyə öz namizədliyini irəli sürmək hüququ var.

Mən artıq elə yaş dövründəyəm ki, həm təcrübəm, həm də intellektual potensialım belə bir addım atmağıma əsas verir. Üstəlik, ədəbiyyat sahəsində həyata keçirmək istədiyim planlarım müəyyən səlahiyyətə sahib olmağımı zəruri edir.

Bu səbəbdən Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə namizədliyimi irəli sürəcəm".

Qeyd edək ki, Əsəd Cahangir Teleqraf.com-a ətraflı video-müsahibə verib. Müsahibə yaxın zamanlarda yayımlanacaq.


Müəllif: Teleqraf.com