16 Sentyabr 2014 13:26
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədbirə səfirlər də qatılacaq

Sentyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında Seyid Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan “Söz mülkünün Şəhriyarı” adlı tədbir keçiriləcək.

Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, tədbirin təşkilatçıları AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzi və Xəzər Universitetidir.

Xatirə günündə Azərbaycan alimləri ilə yanaşı iranlı şəhriyarşünasların, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin də iştirakı ğözlənilir.

Tədbir AMEA-nın əsas binasında (H.Cavid pr. 31) “Dairəvi zal”da təşkil olunacaq və saat 11:00-da başlanacaq.

NİGAR


Müəllif:

Oxşar xəbərlər