7 Oktyabr 2019 11:42
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət “YUĞ” Teatrı “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib.

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.



Müəllif: Dəniz Pənahova