8 Oktyabr 2019 12:41
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası nümayiş etdirilib.

Teleqraf.com xəbər verir ki, dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayət Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında təqdim edilib.

Rejissor tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla tamam fərqli aspektdən yanaşıb.

Tamaşada əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva və Rauf Babayev oynayır.

Tamaşanın bədii rəhbəri, teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri, Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.


Müəllif: Dəniz Pənahova