Ceyms Bond filminin 23-cü hissəsi olan “Skyfall” ötən il iki Oscar qazanması ilə yadda qaldı.
Teleqraf.com-un xarici KİV-ə istinadən məlumatına görə , 24-cü Bond macərası ətrafında söz-söhbətlər bitmək bilmir. Filmin adı hələ dəqiqləşməyib, amma “Skyfall” filminin davamı olacağı və dekabr ayında çəkilişlərinə başlanacağı qətidir.
Film 23 Oktyabr 2015 İngiltərədə ekrana çıxacaq.
Çəkilişlər Avstriyanın kiçik şəhəri Obertilliaç və Norveçdə həyata keçiriləcək.
Daniyel Kreiq dördüncü dəfə Ceyms Bondun canlandıracaq. Filmdə eynilə “Skyfall”daki kimi Ralf Fiyennes, Nayomi Harris, Rori Kinner və Men Vhişav rol alacaq. Rejissor isə yenə Sam Mendez olacaq.
Rüstəm