21 Noyabr 2019 15:30
255

Noyabrın 22-də saat 17:00-da, Ziya Bünyadov prospekti, Okuklu Hollding şirkətində Özbəkistanın əməkdar artisti, dünya şöhrətli müğənniləri "Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyevanın mətbuat konfransı keçiriləcəkdir.

Teleqraf.com-un məlumatına görə, mətbuat konfransı 22 noyabr tarixində saat 19:00-da Heydər Əliyev Sarayında konsert proqramı ilə sənətçilərin konserti ilə bağlıdır.

Konsert proqramında Azərbaycanın xalq artisti Mənsum İbrahimov, türk sənət musiqisinin tanınmış ulduzu Pinar Eliçe və azərbaycanlı meyxanaçı gənc Tərlan Novxanı fəxri qonaq kimi iştirak edəcəklər. Uluqbek Raxmatullayev və Yulduz Turdiyevanın Azərbaycana ilk səfəridir və müstəqillik tarixində ilk dəfə olaraq özbək musiqiçiləri Azərbaycanın əsas konsert səhnəsində çıxış edəcəklər.

Onlar Amerikada, Almaniyada, Türkiyədə, çoxsaylı ölkələrin səhnəsində çıxış ediblər, amma qardaş Azərbaycanda birinci hadisədir. Ona görə də mətbuat konfransı etmək istəyirlər və bütün mətbuatı da dəvət edirlər. Mən özüm də orada olacam, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyət Mərkəzi. Həm də sfirliyin mədəniyyıt məsələləri üzrə katibiyəm. Yəni iki tərəfli mədəni əlaqələrdir. Özbəkistan prezidenti Şafkat Mirzəyevin Bakıya səfərindən sonra bu birinci layihədir ki, biz başlatdıq. Çox gözəl layihə olacaq. Bütün mətbuatı da bura dəvət edirik.


Müəllif: Teleqraf.com