1 May 2014 13:15
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Vaqif Səmədoğlu yazdığı sonuncu şeirini facebook sosial şəbəkəsində paylaşıb.

Teleqraf.com həmin şeiri təqdim edir:

MAHMUD ƏMİ

Yadıma düşür zarafata çevirdiyin ömrün.

Ölümünə də inanmıram, zarafat sanıb!

Hər xatirənin öz dəmi, öz vaxtı var, Mahmud əmi.

Yadıma düşürsən yuxudan gec qalxdığım günlər...

İndi də vaxt on ikinin üstünə çəkir saatın iki əqrəbini.

”Camaatı Allah öldürür, Vəkiloğlunu yatmaq”, -

Haqlıydın, Mahmud əmi...


Müəllif: