13 Dekabr 2019 23:13
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor, prodüser və ssenarist Denni Ayello vəfat edib.

Teleqraf.com xəbər verir ki, aktyor ötən gecə qısa sürən xəstəlikdən sonra vəfat edib. Aktyorun 86 yaşı var idi.

Denni Ayello 1933-cü ildə Nyu-Yorkda dünyaya göz açıb. Kinoya ilk dəfə 35 yaşında çəkilməsinə baxmayaraq, yüzə yaxın filmdə rol alıb. Çəkildiyi ən məşhur filmlər arasında “Leon”, “Xaç atası 2”, “Slevinin xoşbəxt rəqəmi”, “Bir dəfə Amerikada”, “Yüksək dəb” və s. var.

Spayk Linin “Lazım olan kimi et” filmində oynadığı rola görə ona ikinci planda çıxış edən ən yaxşı aktyor nominasiyasında “Oskar” mükafatı verilib.


Müəllif: Teleqraf.com