19 Dekabr 2019 20:01
840

Şair Qismət Rüstəmov Fikrət Qocanın AYB-yə həsr etdiyi şeirə nəzirə yazıb. Teleqraf.com həmin şeiri təqdim edir.

Cib dəsmalım, cib dəsmalım,
Pisləşəndə mənim halım -
Burnumun suyu axanda,
Gözlərim yaşlı baxanda,
Mənə həyan sən olmusan,
Dərdə dərman sən olmusan.

Cib dəsmalım, can yoldaşım,
Çox bəlalar çəkib başım.

Əl-üz dəsmalları etsə də inkar,
Səninlə heç vaxtı əyişmərəm mən.
Bizim adətimiz, ənənəmiz var,
Səni yad dəsmala dəyişmərəm mən.

Dəsmalım, dəsmalım, əziz dəsmalım,
Yüz yaşa, min yaşa təmiz dəsmalım.

Teleqraf.com Fikrət Qocanın Yazıçılar Birliyinin şəninə yazdığı "Anam birliyim mənim" şeirini də təqdim edir.

Yazıçılar Birliyinin 85 illiyinə

Yazıçılar Birliyim,
Doğma odum-ocağım.
Əliylə döyüldüyüm,
Sürdülər, sürgündə oldum.
Qələm olub sındığım,
Yenə, yenə, yenə də
Qoynuna sığındığım,
Doğma ana qucağım...
Hamımız övladınıq.
Bir qığılcım - odunuq
Sənin sözün - adınıq.
Qəhrəmanıq, Şəhidik,
Döyüşçünük, Qazinik!
Sözünük, Avazınıq.
Biz Çətinik, Asanıq,
Hərə bir cür - İnsanıq.
Neyləyəsən Bostanıq...
Hərəmiz bir misrayıq,
Birlikdə bir dastanıq.
Əziz anam Birliyim,
Kim nə deyirsə desin;
Sən öz dirliyini ək!
Yüzilliklər görəsən!
Səksən beşin mübarək!


Müəllif: Teleqraf.com