22 Dekabr 2019 19:28
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli qırğız kinorejissoru, SSRİ Xalq artisti və Dövlət mükafatı laureatı Bolot Şamşiyev 78 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, Bolot Şamşiyev “Ağ gəmi”,”Erkən gələn durnalar”,”Canavar tələsi”,”İssık-Kulun ağ lalələri”, “Karaş aşırımında atəş” və digər tanınmış filmləri ilə məşhur olub.

Xatırladırıq ki, B.Şamşiyev, əsasən, dostu, tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərinə filmlər çəkib.


Müəllif: Teleqraf.com