23 Dekabr 2019 14:36
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Azərbaycan Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə konsert-müsabiqə keçirilib.

Kult.az xəbər verir ki, “İstedad sorağında” layihəsi əsasında hazırlanmış konsertdə məktəbin şagirdləri öz istedadlarını nümayiş etdirilblər. IX sinif şagirdlərinin biznes layihəsi olan tədbirin təşkilatçıları şagirdlərin özləri idi. Valideynlərin də qatıldığı tədbir böyük coşqu ilə qarşılanıb.

Məktəbin müəllimləri və şagirdlərdən ibarət münsiflər heyəti müxtəlif musiqi nömrələri ilə çıxış edən şagirdlərə müvafiq ballar verərək sonda qalibləri müəyyən edib.

Xalq artisti İlqar Muradovun da öz ifası ilə şagirdlərin xoş məramına qoşulması tədbirə xüsusi rəng qatıb.

Tədbirin özəlliklərindən biri də xeyriyyə məqsədi daşıması idi. Belə ki, şagird, valideyn, müəllim və qonaqların yardımı ilə toplanılmış 600 manatdan artıq vəsait Yeni il ərəfəsində kimsəsiz uşaqların arzularının gerçəkləşdirilməsinə sərf ediləcək.

Tədbirin sonunda müsabiqənin qalibləri sertifikat və hədiyyələrlə təltif edilib.


Müəllif: Teleqraf.com