1 May 2014 15:29
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənə də uzun müddət Akademik Dram Teatrında tamaşa vermirdilər. Amma bunun mənə xeyri oldu. Tamaşa hazırlamağa acıdım. Daxilən prinsipə düşürsən. Bu rejissor üçün yaxşı haldır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında İravən teatrının baş rejissoru Oruc Qurbanov deyib.

Onun sözlərinə görə, uzun müddətdən sonra 2012-cı ildə sözügedən teatrın səhnəsində “Oliqarx”, bu ilin fevralında isə “Kreppin son lent yazısı” tamaşasını hazırlamışam. Bilmirəm birdə nə vaxt orda tamaşa hazırlayacam. Mənə elə gəlir ki, mənə qarşı aktyorların da rəhbərliyin də münasibəti pis deyil. Şəxsəm mənim yaradıcılıqdan, işdən şikayətim yoxdur. Xoşuma gələn əsəri tərcümə edirəm, sonra da teatra müraciət edirəm. Birində alınmırsa ikincisinə, üçüncüsünə müraciət edirəm. Axır özümə yol açıram”.

Nərmin


Müəllif: