17 Fevral 21:26
1 170

Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və təbliğində müstəsna xidmətlərindən danışılacaq, onun hazırladığı və aparıcıllıq etdiyi verilişlərindən kadrlar nümayiş olunacaq və foto sərgi təqdim ediləcək.

Tədbir fevralın 18-də, saat 17:00 da Dövlət Film Fondunda keçiriləcək.


Müəllif: Teleqraf.com