1 May 2014 20:27
2 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Yafəs Türksəsin müsahibəsi qalmaqal yaradıb. Onun ailəli ola-ola nigahdan kənar sevgi münasibəti yaşaması facebook-da müzakirələrə səbəb olub.

“Adi, normal insanlar həyatı boyu beş, ya da altı dəfə güclü sevgi ilə qarşılaşır. Mənim həyatımda bu cür sevgilər baş verib, indi də baş verir. İndi də ailəmdən kənar bir xanımla sevgimi yaşayıram. İnsanı bir çərçivəyə salmaq olmaz. Xəyanət şablon sözdür. Mən ayda dörd-beş dəfə də sevgilimlə görüşürəm, onunla mənə xoşdu. Buna normal baxıram. Həyat yoldaşıma isə uşaqlarımın anası kimi hörmət edirəm”.

Bir çoxları onun bu addımına haqq qazandırsa da, bir qrup insanlar şairin bu çıxışının qəbuledilməz olduğunu deyib. Onlar bunun qadına qarşı təhqir olduğunu düşünürlər. Yafəs Türksəs teleqraf.com-a açıqlamasında məsələyə bu cür münasibət bildirib:

“Niyə təhqirdir ki? Müsəlmanın 4 arvadı ola bilər. (Gülür) O, xanım da mənim ikinci həyat yoldaşım kimidi. Evdəki xanımım bilir və hərdən acizanə şəkildə etiraz da edir. Mənə yaxın yazıçılar arvadımı da, sevgilimi də yaxından tanıyırlar”.


Müəllif: