Məşhur isveçli aktyor Maks fon Südov Fransada 90 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, aktyor Yan Truel və İnqmar Berqman kimi rejissorların sayəsində tanınıb.
Maks fon Südov “Oskar”, “Qızıl qlobus” və “Emmi” mükafatlarının hər birinə iki dəfə namizəd olub.
Aktyorun son çəkildiyi ekran işlərindən biri “Taxt oyunları”dır. O, serialda üçgözlü qarğanı canlandırıb.