21 Aprel 2020 00:58
2 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum müğənni Maykl Ceksonun qızı Peris Cekson “Vərdiş” (“Habit”) serialında İsa peyğəmbərin obrazını canlandırıb.

Teleqraf.com xəbər verir ki, media artıq 22 yaşlı aktrisanın həmin rolda olan fotosunu da yayımlayıb.

Küçə həyatından bəhs edən ekran işində Peris narkotik və zorakılığın olduğu mühitə düşür. Bu vəziyyətdən çıxmaq üçün o, peyğəmbərin obrazına girir.

Serialda baş rolu məşhur aktrisa Bella Torn və musiqiçi Qevin Rossdeyl canlandırır.

Ekran işinin hansı tarixdə yayımlanacağı barədə isə heç bir məlumat verilməyib.


Müəllif: Teleqraf.com