1 Oktyabr 2014 10:00
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Azərbaycanfilm” kinostudiyası Azərbaycan kinematoqrafçıları ilə Avropa kino istehsalınınm aparıcı mütəxəssisləri arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, təlimatçılar arasında Karel Och – Karlovı Varı "Beynəlxalq Film Festivalı"-nın bədii direktoru (Çexiya) , Guillaume de Seille – prodüser (Fransa), Roelof Jan Minneboo – ssenarist, ssenari məsləhətçisi (Niderland) iştirak edib.

Tədbiri “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşviq Hətəmov açıq elan edib. O bu cür görüşlərin əhəmiyyətindən danışıb, Azərbaycan kino mütəxəssisləri üçün faydalı olacağını qeyd edib.

Daha sonra Roelof Jan Minneboo iştirakçılara hazırladığı prezentasiyanı təqdim edib. Fransadan gəlmiş prodüser Guillaume de Seille illər ərzində öyrəndiklərini iştirakçılarla paylaşıb: “Hər kəsin ideyası var. Ancaq hər kəs film çəkmir, çəkə bilmir. Biz əlbəttə filmi istehsal edən zaman yaxşı ideyalar düşünürük. Çalışırıq film baxımlı olsun və hər kəsin diqqətini cəlb etsin. 20 illik təcrübəmə əsaslanıb deyə bilərəm ki, yaxşı ideyası olan çox film görmüşəm, lakin düzgün ssenari halına gətirilə bilmədiyi üçün film heç bir uğur qazanmayıb. Elə buna görə biz Azərbaycan və qərb ölkələri arasında əməkdaşlığı bu istiqamət üzrə yönəldəcəyik. Hər bir filmə sözsüz ki, maliyyə dəstəyi gərəkdir. Dəstək olacaq şəxslərin ya şirkətlərin diqqətini cəlb etməyin öz yolları var”.

Növbəti görüş sabah saat 11 .00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər