1 Oktyabr 2014 21:22
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının kollektivi ötən gün Gürcüstana yola düşüb.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, bu səbəb kollektivin Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak etməsidir. Teatr festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək. Festivalın “Yeni teatr marketi” proqramı çərçivəsində təqdim olunan tamaşa 3 oktyabr tarixində, Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində nümayiş olunacaq.

Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” tamaşası rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanıb. Tamaşada əməkdar artistlər Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər