1 Oktyabr 2014 19:53
8 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az BÖYÜK ŞAİRLƏRİN “POZĞUN” ŞEİRLƏRİ layihəsində Həmid Piriyevin Çarlz Bukovskidən tərcümələrini təqdim edir:​

Xüsusi qeyd: Şeirlərdəki bəzi kəskin vulqar ifadələr nisbətən yumşaldılıb, ya da “...”-lə əvəz olunub.

“MƏNƏ UĞUR DİLƏ” KİTABINDAN ŞEİRLƏR

Ölümsüzlüyümə təhdid

Mən çarpayıda əlimdə pivə uzandığım vaxt o qabağımda soyundu

arxandakı bu saqqal hardandır?

Soruşdum bu saqqal deyil o dedi ləkə kimi bir şeydir doğuşdan

o məni qorxudur dedim qalsın gələn dəfəyə çarpayıdan durub

o biri otağa keçdim və yelləncəkli kresloda oturdum o gəldi, qulaq as, qoca “...” belə saqqallardan tüklərdən sənin bədəninin hər yerində var

məncə sən mənim indiyəcən gördüyüm ən iyrənc kişisən
unut bunu, dedim, yaxşısı arxandakı o ləkədən danış mənə
o biri otağa getdi geyindi və yanımdan qaça-qaça keçib qapını çırpdı

Dərinə getsək o mənim bütün şeir kitabçalarımı oxuyub
M
ən ancaq ümid edirdim ki, heç kimə kifir olduğumu deməyəcək

Kişi və qadın axşam saat onda çarpayıda
mənə elə gəlir ki, mən sardin bankasıyam,
o dedi mənə elə gəlir ki, mən plastıram,
mən dedim mənə elə gəlir ki, balıqlı sandviçəm,

O dedi mənə elə gəlir ki, mən kəsilmiş pomidoram,
mən dedim mənə elə gəlir ki, yağış yağacaq,

O dedi mənə elə gəlir ki, saat yatıb,
mən dedim mənə elə gəlir ki, qapı bağlanmayıb,

O dedi mənə elə gəlirki, indi fil gələcək,
mən dedim mənə elə gəlir ki, biz mənzil üçün pul ödəməliyik,

O dedi mənə elə gəlir ki, biz iş tapmalıyıq,
mən dedim mənə elə gəlir ki, biz iş tapmalıyıq,

O dedi nəsə heç işləmək istəmirəm,
mən dedim mənə elə gəlir ki, sən mənim qayğıma qalmırsan,


O dedi mənə elə gəlir ki, biz sevişməliyik,
mən dedim mənə elə gəlir ki, biz çox sevişirik,

O dedi mənə elə gəlir ki, biz daha çox sevişməliyik,
mən dedim mənə elə gəlir ki, sən iş tapmalısan,

O dedi mənə elə gəlir ki, sən iş tapmalısan,
mən dedim mənə elə gəlir ki, içməliyəm,

O dedi mənə elə gəlir ki, mənə bir şüşə viski lazımdır,
mən dedim mənə elə gəlir ki, biz bir şüşə şəraba razılaşacağıq,

O dedi mənə lə gəlir ki, sən haqlısan,
mən dedim mənə elə gəlir ki, təslim oluram,

O dedi mənə elə gəlir ki, çimməliyəm,
mən dedim mənə elə gəlir ki, mən də çimməliyəm,

O dedi mənə elə gəlir ki, sən məni kisələməlisən,
mən dedim mənə elə gəlir ki, sən məni sevmirsən,

O dedi mənə elə gəlir ki, mən səni sevirəm,
mən dedim mənə elə gəlir ki, “...” indi içimdədir,

O dedi mənə də elə gəlir ki, “...” indi içindədir,
mən dedim mənə elə gəlir ki, mən indi səni sevirəm, o

Dedi mənə elə gəlir ki, mən səni sən məni sevdiyindən çox sevirəm,
mən dedim özümü elə yaxşı hiss edirəm ki,

O dedi, qışqırmaq istəyirəm
mənə elə gəlir ki, həmişəlik davam edə bilərəm,
mən dedim mənə elə gəlir ki, bacararsan,

O dedi mən hiss edirəm,
mən dedim mən hiss edirəm,

O dedi

Hekayə və şeirlər

Qulaq as, o dedi, həmin hekayə, hamı bildi ki, mənim haqqımdadır.
Tanrı xatirinə, dedim, sən hələ də buna görə hirslənirsən?
Düşünürdüm sən məni ifşa edəcək hekayə yazacaqsan.
Nə oldu?
Sən məndən bəhs edən hekayəni yazmamalıydın!
Unut, dedim, bu vacib deyil.

O qapını çırpıb getdi pəncərə şüşəsi sınmadı amma pərdələr düşdülər.
mən birpərdəli pyesi tamamlamağa çalışdım alınmadı gedib yatdım.

Telefon zəng çaldı qulaq as, o dedi,
mən sizə gələndə özümü belə aparacağımı bilmirdim.

Hər şey qaydasındadır, dedim, rahat ol.
Təzədən yatmağa getdim və düşündüm ki, yəqin, onun haqqında şeirlər yazacağam.


Deyəsən bu vəziyyətdən çıxış yolu yoxdur
hamı həmişə həqiqətə hirslənir hətta ona inandıqlarını iddia etsələr də.

Yatdım və şeirləri səhər yazdım.

Rəssam

O qəribə görkəmdə verandaya çıxdı və çaxırdan sərxoş olanlar orda dayanmışdılar.
Rəssamın plaşına nəsə bükülmüşdü
o plaşı açdı polis geyimi idi. “buna görə 20 baks ver” o dedi.

“get tullan, dostum” dedim, “bunu neyləyirəm?”
“10 baks ver” dedi “sən onu öldürmüsən?”
“5 baks” “keçən aykı sərgindən qazandığın 6 mini neylədin?”

“hamısına içdim, eyni barda” “mənə heç pivə də düşmədi”
“2 baks...” “sən onu öldürmüsən?”
“biz onu soyduq, bir az da döymüşük” “bu zibil mənə lazım deyil” “bir şüşə almağa cəmi 18 sentimiz çatmır...”


mən rəssama 35 sent verdim
o anasıyla bir yerdə açılmayan qapının dalında yaşayırdı tez-tez nişanlısını döyürdü
doğrudan belə gözəl yazmırdı.

Amma məncə xeyli personaj ölümsüzlüyü üçün yol hazırlayır.
Bunun üstündə özüm işləyəcəyəm.


Kimsə

Bu qadın orda oturub sən həqiqətən Çarlz Bukovskisən soruşdu.
Dedim ki, yaddan çıxart bunu, özümü yaxşı hiss etmirəm, bircə səninlə yatmaq istəyirəm.

O güldü və fikirləşdi ki, yəqin mən ağıllıyam mənsə onun olduqca gözəl nazik ayaqlarına baxdım.
Mən onun qara ciyərini və oynaşan orqanlarını gördüm mən orda folk-rok oynayan İsanı gördüm bütün aclıq hissim oyandı
yaxınlaşıb onu divana yıxdım
paltarını başından çıxartdım və mənim üçün fərqi yox idi zorlamadır
ya dünyanın axırı yenə bir dəfə olmaq hardasa həqiqətən hə onun alt paltarı yerdə idi və “...” mən Çarlz kimsə idim.


Dünən köhnədəbli qəhbə gördüm

Şərab evində 5 şüşə cin və 5 şüşə araq alırdı
sarışın idi əynində dizindən bir az aşağı ağ-qara zolaqlı paltar vardı
böyük məmələri az-maz köklüyü vardı

satıcı qız ona iyrənə-iyrənə baxırdı
amma qəhbə bütün bunlara öyrəşib və qalığı gözləyirdi və şüşələri yığdılar

qəhbə çıxanda çox rahat çıxdı və camaaat gözünü jurnallardan ayırdı
və qəzet köşkündəki cavanlar da baxdılar və maşın saxlayanlar da baxdılar

mən onun dalınca gedirdim və mən gördüm ki, o bilyard stolu rəngində yaşıl maşına oturdu siqaret yandırdı mən əminəm ki, o gözəl bir yerə getdi


orda adamlar həmişə gülür və həmişə musiqi səslənir yaxşı içkilər də var
mebellə xalçalar da qəşəngdir
dağlar da hündürdür gölməçədə də üç alman balığı var
və o sevişəndə sən bunu bilirsən və qarşılığı əbədiyyət deyil
göy siqaret dumanı içinə az-maz pivə tökülmüş külqabının ətrafında fırlanır

o leopardın ceyrana şığıdığı kimi sənə qısılır və sən onu hamamda, hansısa italyan operasından ariya oxuyanda görməlisən.

O`Xara aeroportunda yaxşı həyat

Aeroportda 3 saat gözləmək
ətrafı killerlərlə dolu
Çikaqo boş yer tapdım və buzlu viski sifariş verdim
4 yolçu da oturdu qulaq asın,
biri dedi qəzetə baxa-baxa.
Sərxoş cavan divara girib bir nəfər ölüb dördü xəsarət alıb.
əgər onun yerinə mən olsaydım, o birisi dedi, özümü öldürərdim.
Bir bokal pivə sifariş verib oturmuşdum,
hekayələrimi oxuyurdum.

Qulaq asın, əlində qəzet olan dedi
cavanlar iki nəfər olublar.
Alkoqol mağazasının yük maşınını qarət etməyə çalışıblar.


Onlar elə axmaq olublar ki, onun ancaq şərab daşıdığını bilməyiblər.
heç möhürü də sındırmayıblar.
Sürücünü bağlayıb kofe içməyə düşüblər.
sürücü siqnal verib, polis maşını saxlayıb.
Onlar cavanları tutublar.
Hansısa 2 belə axmaq cavan,
o birisi dedi, onlar axı belə qurtaracağını bilirlər.
qulaq as, gözəlim,
o biri oğlan ofisiant qıza dedi,
bizə içki lazım deyil, biz içən deyilik.
Bizə 4 kofe, əvvəllər görüşməmişik?
Xi-xi-xi.
Mənə bir dənə də pivə gətir,
ofisiant qıza dedim, mən içənəm və əvvəllər səninlə görüşə bilməzdim.

Ofisiant qız 4 fincan kofe və pivə gətirdi
mən hekayələrimi oxuya-oxuya oturmuşdum,
o biri dörd nəfərsə qaşıqla fincanları döyəcləyirdilər.
və fikirləşdim ki, bu hekayə pis alınmaz, heç pis alınmaz,
amma növbəti daha yaxşı olacaq,
və mən əvvəlki pivəmin qalanını qurtarıb təzəsindən də bir-iki qurtum içdim, və dzın, dzın, dzın.

Qaşıqlar fincanlara dəyirdi və yolçulardan biri öskürdü və hamısı bədbəxt idi məndən başqa.

Əşyaların səliqəsi

“Sənin ağrı və əzab haqqında yazdıqlarının hamısı zibildir”

ancaq ona görə ki, rok musiqindən başımın şişdiyini sənə demişəm
ancaq ona görə ki, biz bir yerdə yatırdıq, dururduq,
səhər yeməyi yeyirdik ancaq ona görə ki,
biz eyni maşında oturub başqa maşınlarla yarışırdıq parklarda, hamamda, otaqlarda


bir yerdə idik ancaq ona görə ki, biz eyni durnanı və eyni iti görmüşdük
eyni vaxtda ancaq ona görə ki, biz eyni küləyin pərdəni necə tərpətdiyini görmüşdük

sən anidən ədəbiyyat tənqidçisi oldun
ancaq ona görə ki, sən mənim başıma toxunurdun,
kitablarımı oxuyurdun və öz sevgilərindən, romanlarından, səyahətlərindən danışırdın,
ancaq ona görə ki, mən sənin qızının adını bilirdim
və ev açarının surətini çıxartdırmışdım sənin üçün sən anidən ədəbiyyat tənqidçisi oldun

ancaq ona görə ki, sənin üç şeirini geydirmə jurnallardan birində təsdiqləyiblər
ancaq ona görə ki, öz ağılsızlığın haqqında hekayə yazırsan
ancaq ona görə ki, dalını burcudursan və uzun qəhvəyi saçların var sən anidən ədəbiyyat tənqidçisi oldun ancaq ona görə ki, səninlə 144 dəfə yatmışam sən anidən ədəbiyyat tənqidçisi oldun

yaxşı, onda de mənə bu qədər yazıçının...
hansının ağrısı doğruçudur? Nə?


Hə, mən tapa bilərdim, sənin ağrın həqiqidir.
Onda, öz maraqlarımız daxilində ağlamaq iqtidarını itirmiş həyatınla vidalaş

və ağ qadınlar çəhrayı otaqlarda yaşıl və göy sırğalarını taxan vaxt mənimlə də vidalaş.

İsti

Mən çardağın altında oturmuşdum,
yay demək olar gəlmişdi
və mən çaxır içə-içə oturmuşdum
və iki qumrunun isti damda necə əzab çəkdiklərinə
və bir-birini sevdiklərinə baxırdım radioya qulaq asırdım
və çaxır içirdim mən orda lüt
və tər içində oturmuşdum
və hamının dahi olduğu jurnalist fakültəsinə qayıtmaq istəyirdim.


Pul vermədiyimə görə məni ordan bayıra atanda hələ də isti idi
və mən yük maşınına düzəldim onlar

Qərbə gedirdilər

– şüşələri açılmırdı və oturacaqlarla maşınların özləri yüzillik tozla örtülmüşdülər bizə “konserva” verirdilər amma açmağa heç nə vermirdilər
biz “konservaları” oturacaqlarda açırdıq
və xarab mal ətini yeyirdik suyun da dadı
birtəhər idi mən dayanacaqlar arasında,
Texasın mərkəzində, hansısa şəhərcikdə yerə tullandım,
polis məni parkda yatan yerdə tapdı
və bir unitazı olan, susuz, şəraitsiz həbsxanaya saldı,
və onlar məni lampanın altında oğurluq
və cinayət haqqında sorğu-suala tutdular,
amma heç nə öyrənə bilmədilər.
onlar məni 17 millikdə yerləşən balaca şəhərciyə apardılar
və böyük polis dalıma təpik vurdu.

Yaxşı yatandan sonra kitabxanaya getdim.
Orda kitabxanaçı qız hansı janrı sevdiyimlə maraqlandı sonra biz yatdıq
mən qəfildən oyandım və dedim Aman Tanrı, ay qız, ehtiyatlı ol,

məni xərçəngə yoluxdura bilərsən
sən sarsaqsan o dedi hə, məncə də belədir.


Müəllif:

Oxşar xəbərlər