3 Oktyabr 2014 20:52
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

2-11 oktyabr 2014-cü il tarixində Avstriyanın Vyana şəhərində “LET'S CEE” Film Festivalı keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, festivalda dünyanın qırx tanınmış kino tənqidçisi tərəfindən seçilmiş, Qərblə keçmiş Sovet sistemi arasındakı “Dəmir pərdə” aradan qalxdıqdan sonra son 25 ildə Mərkəzi və Şərqi Avropanın 25 ölkəsində çəkilmiş ən yaxşı filmlər iştirak edir (www.letsceefilmfestival.com).

1989-cu ildən bu günə kimi Azərbaycanda çəkilmiş filmlər arasından rejissor Ayaz Salayevin “Yarasa” bədii filmi seçilərək festivalın “Retrospektiv-25” xüsusi layihə proqramına daxil edilib. Bu barədə festivalın direktorları Maqdalena Zelasko və Volfqanq Şvelle A.Salayevə göndərdikləri məktubda məlumat verib və onu festivalda iştiraka dəvət ediblər.


Müəllif:

Oxşar xəbərlər