2 May 2014 16:08

Tənqidçi Nərgiz Cabbarlı Teleqraf.com-a açıqlamasında Qulu Ağsəsin baş redaktorluğunda çıxan “Ulduz” jurnalının ilk sayı haqqında danışıb. O, keçmiş “Ulduz”u sərt tənqid edib: “Qulu müəllimlə bir müddət birlikdə çalışmışıq. Onun təcrübəsinə inanıram. Düşünürəm ki, Qulu Ağsəs jurnalın ənənələrini davam etdirəcək.

Baş redaktor olmaq başqa şeydir, müavin olmaq tamam başqa istiqamətdir. İstər istəməz onun öz zövqü var, başqa maraqları var. Həmin maraqları təmin etmək məsələsi var.

Elçin Hüseynbəylinin çıxardığı “Ulduz” jurnalı, Ələkbər Salahzadənin jurnalından qat-qat aşağı səviyyəli jurnal idi. Baxmayaraq ki, mən gənclərin jurnalına gənc birisinin başçılıq etməyinin tərəfdarıyam. Ancaq müqayisə etdikdə görərdik ki, Ələkbər Salahzadənin jurnalında ədəbi prinsiplər gözlənilirdi, bədii mətinlərin səviyyəsi qorunurdu. Ancaq Elçin Hüseynbəylinin çıxartdığı jurnalda bu məqamlar qorunmurdu. Baxmayaraq ki, mən də “Ulduz” jurnalında işləmişəm. Ancaq bunu deməliyəm”.


Müəllif:
Загрузка...