8 Oktyabr 2014 15:36
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasında Elman Şeydayevin 60 illik yubileyi qeyd olunub.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, yubiley tədbirində Elman Şeydayevin dostları, həmkarları iştirak edib, yubilyarı təbrik ediblər. Qeyd olunub ki, milli kino sənətimizin inkişafında öz yeri olan, yüksək mədəniyyəti, sadəliyi, işgüzarlığı ilə seçilən rejissor- Elman Şeydayev şərəfli yaradıcılıq yolu keçib. O 1981-ci ildə rejissor assistenti kimi əmək fəaliyyətinə başladığı C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında qısa bir vaxt ərzində “Cansıxıcı əhvalat”, “Qəzəlxan”, “Yük”, “Bəxt üzüyü”, “Laçın dəhlizi”, “Kuklalar”, “İlahi məxluq”, “Çölçü” kimi bədii filmlərdə ikinci rejissor qismində yüksək iş qabiliyyəti, özünə qarşı tələbkarlığı, professionallığı ilə təkcə çəkiliş qrupunun deyil, kinostudiyanın bütün kollektivinin hörmətini qazanıb.

O həmçinin bir neçə filmdə aktyor, telekanallardan birində isə icraçı prodüser qismində özünü sınayıb.

Nərmin


Müəllif: