3 Avqust 2020 01:16
9 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Uilford Brimli 85 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, şəkərli diabetdən əziyyət çəkən aktyorun son günlər səhhəti daha da pisləşib. O, Yuta ştatındakı evində vəfat edib.

Qeyd edək ki, Brimli 1934-cü il sentyabrın 27-də anadan olub. Aktyorluq karyerasına 1970-ci illərdə başlayıb və o vaxtdan onlarla ekran işində çəkilib. Ona daha çox populyarlıq gətirən isə “Çin sindromu”, “Yanlış qərar”, “Nyu-Hempşir hoteli” filmlərində oynadığı rollar olub.

1979-cu ildə artistə şəkərli diabet diqnozu qoyulub. Müalicə olunduğu müddətdə o, Amerika Diabet Assosiasiyasının fəalına çevrilib, xəstəxanalara gedib və pasiyentlərlə konsultasiyalar aparıb. O, 2008-ci ildə təşkilatın fəxri üzvü adına layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər