10 Oktyabr 2014 22:00
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-da məşhur “Voca People” qrupu Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Teleqraf.com xəbər verir ki, “Voca People” tərəfindən Bakı tamaşaçılarına incə yumor, gözəl səslər və maraqlı repertuarı özündə cəmləşdirən proqram təqdim olunub.

Qeyd edək ki, İsrailin “Voca People” qrupu 2009-cu ildə yaradılıb. Mini teatrın 8 üzvü səhnəyə ağ kostyumda və ağ qrimdə çıxır. Şounun süjet xəttinə görə, Voka planeti sakinlərinin gəmisi tanımadıqları Yer kürəsinə məcburi eniş edirlər. Onlar musiqidən enerji toplayan gəmilərini işə salmaq üçün Yer sakinlərinin mahnıları ilə tanış olurlar.

“Voca People” qrupunun repertuarına dünyanın 70-dən artıq məşhur mahnısı daxildir. İfaçılar çıxışları zamanı truba, baraban, gitara, skripka, royal və digər musiqi alətlərinin səslərini imitasiya edirlər. “Voca People” qrupu indiyədək ABŞ, İspaniya, İtaliya, Macarıstan, Fransa, Rusiya və digər ölkələrdə çıxış edib.

Qrup oktyabrın 11-də isə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçiriləcək “V1 Challenge Azerbaijan” yarışının “Baku Crystal Hall”dakı təqdimat şousunda səhnəyə çıxacaq.


Müəllif:

Oxşar xəbərlər