Aqata Kristinin detektiv janrında yazdığı “On zənci balası” romanının adı dəyişib. RTL radiostansiyası yazıçının varisi Ceyms Priçarda istinadla xəbər verir ki, indi həmin kitab Fransada “Onlar on nəfər idi” adı ilə satılacaq.
Teleqraf.com xəbər verir ki, kitabda təsvir edilən hadisələr Zəncilər adasında baş verir. Avqustun əvvəlində həmin adada on nəfər olur. Süjetin gedişində onlar bir-birinin ardınca öldürülür və hər adam öləndə farfordan hazırlanmış balaca zənci balası heykəlciklərindən biri yox olur.
Priçard deyib: “Bu kitab yazılanda dil indikindən fərqli idi və o vaxt istifadə edilən sözlər bu gün unudulub. Tarix populyar bir sanalamaya əsaslanır. Bu sanalamanın müəllifi Aqata Kristi olmayıb. Mən demək olar əminəm ki, ABŞ-da bu kitabın orijinal adı heç vaxt istifadə edilməyib. Böyük Britaniyada onu 1980-ci illərdə dəyişiblər, bu gün isə biz bütün dünyada o adı dəyişirik”.
Priçardın fikrincə, Aqata Kristi heç istəməzdi ki, onun işlətdiyi sözlər kimisə incitmiş olsun. Kristinin varisi daha sonra deyib: “2020-ci ildə biz özümüzü elə aparmalıyıq ki, kiminsə xatirinə dəyə biləcək terminlərdən istifadə etməyək”.