13 Oktyabr 2014 14:07
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” filminin Çikaqo Beynəlxalq Film Festivalında Amerika premyerası baş tutub.

Kinostudiyadan Teleqraf.com verilən məlumata görə, ekran əsəri Amerika və beynəlxalq auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Təqdimatda filmin rejissoru, eyni zamanda ssenari müəllifi Elçin Musaoğlu iştirak edib. Azərbaycanın ilk dəfə təmsil olunduğu festival oktyabrın 23-dək davam edəcək. Festivalda artıq iki dəfə nümayiş olunan “Nabat” filminin növbəti təqdimatı oktyabrın 22-də ABŞ-ın ən məşhur kinoteatrlarından biri olan “AMC Theatres - River East 21”də baş tutacaq.

Qeyd edək ki, filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Nərmin


Müəllif:

Oxşar xəbərlər