Finlandiyada yaşayan 12 yaşlı həmyerlimiz Aylin Cabbarlı “Uşaqların səsi” musiqiyarışmasında yarımfinala vəsiqə qazanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müsabiqənin növbətimərhələsində iki həmyaşıdı ilə birgə Madonnanın məşhur “Dua kimi” (“Like aPrayer”) mahnısını ifa edən A.Cabbarlı münsiflər heyətinin rəğbətini qazanıb.
Jüri üzvləri hər üç iştirakçının səsini yüksək qiymətləndirsə də, A.Cabbarlınınsəhnədəki təbii hərəkətləri ilə digərlərindənfəqrləndiyini və növbəti mərhələdəməhz onu görmək istədiklərini deyiblər.
Xatırladaq ki, müsabiqənin ilk mərhələsində uğurlu çıxışına görə münsiflərheyətinin hər üç üzvü Aylini öz qrupunda görmək istəsə də, sonda həmyerlimizinseçimi müğənni Diandra Flores olub. Finlandiyanın “4-cü kanal”ı ilə yayımlananmahnı yarşımasının yarımfinalı bu həftə keçiriləcək.
Qeyd edək ki, 12 yaşlı A.Cabbarlı Finlandiyada fəaliyyət göstərən AzərTürk Gənclər Təşkilatı nəzdindəki “AzərTürk” musiqi qrupunun solistidir və 10 ildən çoxdur ailəsi ilə birlikdə Finlandiyanın Espoo şəhərində yaşayır.
Səxavət