Təmiz Binəqədi” layihəsi çərçivəsində həyata keçirilən “Ən təmiz mənzil kommunal istismar sahəsi” müsabiqəsinin qalibləri məlum olub. Qaliblərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Ədalət Rəcəbov deyib ki, müsabiqənin davam etdiyi müddətdə rayon ərazisində 15 təmizlik aksiyası həyata keçirilib.
Teleqraf.com-un məlumatına görə, icra hakimiyyəti başçısının birinci müavini, müsabiqənin münsiflər heyətinin sədri İlqar Süleymanov “Təmiz Binəqədi” layihəsinin ölkəmizdə birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar həyata keçirildiyini xatırladıb. Sonra qaliblər mükafatlandırılıb. Müsabiqənin qalibi 8-ci mikrorayonda yerləşən 1 nömrəli mənzil-kommunal istismar sahəsi olub.
İkinci yerə 7-ci mikrorayonda fəaliyyət göstərən 80, üçüncü yerə isə 9-cu mikrorayonda fəaliyyət göstərən 95 nömrəli mənzil-kommunal istismar sahələri layiq görülüb. Mükafatın məbləği 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manatdır.