"Mənim aktyor qabiliyyətim lazımınca istifadə edilməyib".
Bu sözləri Teleqraf.com-a açıqlamasında aktyor, şoumen Azər Axşam deyib. O bildirib ki, filmlərdə, seriallarda, eləcə də, teatrda oynamadığına görə aktyor kimi özünü bəxtsiz hesab edir:
"Bütün hallarda bu sözümlə indiyə qədər oynadığım rolları kölgə altına salmaq istəmirəm, amma mən dramatik obrazlar canlandırmaq istəyirəm. Çoxları elə bilir ki, komediya aktyoruyam. Halbuki, mən universitetin "Dram və kino aktyorluğu" ixtisasını bitirmişəm və bu aspektdə özümü göstərmək istəyirəm. Bu da hələ ki, mənə müyəssər olmur. Hətta onu da deyim ki, ən böyük arzum teatrda Hamlet rolunu oynamaq idi. Son illərə qədər bu arzumun reallaşacağına inanırdım. Amma indi düşünürəm ki, indiyə qədər Hamleti oynamamışamsa, bundan sonra oynayacağam. Bunun olması üçün gərək tamaşanı kimsə qura və Azər Axşam oynaya. Aktyor hər zaman rejissordan asılıdır. Aktyorun rolsuz qalmağının, oynamamağının günahkarı rejissordur. Rejissor aktyora rol verməlidir ki, o oynasın. Rejissor aktyoru görməsə, ona rol verməsə, aktyor da illərlə oynamayacaq. Azərbaycanda isə aktyora rolu çox zaman istedadına görə vermirlər".
Nərmin