14 Oktyabr 2014 19:22
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda açıq-saçıq səhnələrlə yadda qalacaq 18 + film çəkilir.

Teleqraf.com xəbər verir ki, rejissor Nail Naiboğlu bu haqqda danışıb. Ssenarinin özünə məxsus olduğunu deyən rejissor filmin “Qırmızı bibər” adlanacağını söyləyib:

“Bu, ilk filmimdir. Çoxdandır kino çəkməyi arzulayırdım. Bilirəm ki, ekran işi səs-küy yaradacaq. Burada ehtiras, eşq, intiqam var. Filmdə model Sofi Şah rol alacaq. Başqa heç bir tanınmış simadan istifadə etməyəcəm. İstəyirəm bütün aktyorları özüm yetişdirim. Gənc aktyorlara müraciət etmişəm. “Təhminə” filmindən sonra reytinq verəcək növbəti ekran işi “Qırmızı bibər” olacaq. Dünəndən çəkilişlərə başlamışıq. Etiraf edim ki, erotik səhnələrə yer verəcəyik”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər