15 Oktyabr 2014 12:35
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində “Xəlvətdə qalmış müdrik” sənədli filminin təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, görkəmli sufi filosofu, xəlvətilik təriqətinin yaradıcılarından biri Seyid Yəhya Bakuviyə həsr olunmuş film dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkilib.


Filmin ssenari müəllifi Orxan Fikrətoğlu, rejissoru Adil Azay, operatoru Rüfət Süleymanov, dekor və geyim üzrə rəssamı Şahin Həsənli, Tural Bakuvi, məsləhətçisi Zöhrə Əliyeva, redaktoru Elşad Ərşadoğludur. Filmdə Novruz Cəfərov, Mirzə Ağabəyli, Kamran Yunis, Namiq Ağayev və başqa aktyorlar çəkiliblər.

Məlumat üçün bildirək ki, Seyid Yəhya Bakuvi Şamaxı şəhərində doğulub. Onun anadan olduğu dövrdə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhəri bu bölgədə önəmli elmi, siyasi və mədəni mərkəz mövqeyində idi. O, Bakıya gəldikdən sonra burada Şirvanşah I Xəlilullah xanın yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açıb.

Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılıb. S.Yəhya zəngin üç dilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir edib.

Təqdimat mərasimində filmin yaradıcı heyyəti, sənət adamları və digər qonaqlar iştirak edib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər