Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr-oktyabr aylarında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, "The Landmark Hotel" və "Excelsior Hotel Baku" mehmanxanalarına 5 ulduz, "Bosfor", "Ariva", "Central Park", "Atropat" mehmanxanalarına və "Gəncəli Plaza" istirahət mərkəzinə 4 ulduz, "Araz", "Egoist" və "Balion" mehmanxanalarına isə 3 ulduz verilib.