20 Oktyabr 2014 17:25
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rejissor: “Məni qocalar evində evləndirməyə çalışırdılar”

Ötən həftə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Axırıncı dayanacaq” bədii filminin premyerası keçirildi. Teleqraf.com xəbər verir ki, komediya janrında olan yeni ekran əsərinin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.

Rejissor Fikrət Əliyev deyir ki, filmin ssenarisinin yazılma prosesi çox maraqlı olub: “Günlərin bir günü həyat yoldaşıma dedim ki, mən gedirəm qocalar evinə. Getdim qocalar evinə, baş həkimdən başqa heç kim ora getməyimin əsl səbəbini bilmirdi. Bilmədiklərinə görə elə məni orda evləndirməyə də çalışırdılar. Orda yaşadığım hər günü dəftərimə qeyd edirdim. Qeyd dəftərimi İlqar Fəhmiyə göstərdim və belə qərara gəldik ki, ssenari yazaq.

Filmin süjet xətti qocalar evinə düşmüş yaşlı polkovnikin macəraları üzərində qurulub. Ekran əsərinin ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu rejissoru Fikrət Əliyev, quruluşçu operatoru Kənan Əziz, quruluşçu rəssamı İbrahimxəlil Əminov, bəstəkarı Aygün Səmədzadə, icraçı prodüseri Ülvi Qasimov , prodüseri Müşfiq Hətəmovdur.

Baş rolları Tofiq Hüseynov, Arif Quliyev, Qorxmaz Əlicanzadə, Səmayə Musayeva, Zemfira Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram Bağırzadə və başqa məşhur aktyorlar ifa edirlər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər