17 Yanvar 14:52
1 999

Türkiyənin reytinqli seriallarından olan "Payitaht Abdülhamid"ə yeni aktyor daxil olub.

Teleqraf.com xəbər verir ki, 5 mövsümdür yayımlanan ekran işində Altan Erkekli də rol alıb. Aktyor serialda "Emest Kassel" obrazına həyat verir.

Qeyd edək ki, baş rolunu Bülent Ünalın canlandırdığı ekran işi "TRT1" kanalında yayımlanır.

Müəllif: Teleqraf.com