29 Yanvar 2021 14:15
3 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəmiş hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir.

Bu sözləri məşhur gitiaraçı, xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Teleqraf.com-a açıqlamasında deyib.

Güllü Hüseynova səhər Rəmişə baş çəkdiyini bildirib: "Məni yanına buraxmırlar. Səhər palatada ona uzaqdan baxdım, çıxdım. Həkimlər hələ ki heç nə demirlər".

Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: “Mehriban Əliyevanı Allah ölkəmizdən əskik etməsin. Ona Allahın ən böyük neməti olan can sağlığı arzu edirəm”.

Qeyd edək ki, Rafiq Hüseynovun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.


Müəllif: Rəqsanə Həsənova