24 Oktyabr 2014 15:44
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 oktyabrda Azərbaycan Dövlət Musiqili Teatrında dahi Ü. Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq.Tamaşada Məşədi İbad obrazını əməkdar artist Şövqi Hüseynov canlandıracaq.

Aktyor bu barədə Teleqraf.com-a danışarkən bildirib: “Bildiyiniz kimi indiyə kimi Məşədi İbadı obrazını Mirzağa Əliyev, Əliağa Ağayev, Lütfəli Abdullayev, Hacıbaba Bağırov kimi görkəmli sənətkarlarımız oynayıblar və məhz onların misilsiz ifaları sayəsində tamaşaçılarımızda bir klassik Məşədi İbad obrazı formalaşıb. Onlardan sonra bu obrazı canlandırmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir.

Teatrın direktoru Əliqismət Lalayev məni bu rola dəvət edəndə hansı yükün altına girdiyimi anlayırdım. Mənim oynadığım Məşədi İbad klassik deyil, tamamilə yeni, fərqli bir obraz olacaq. O, çirkin, kifir, yekəqarın, qoca deyil. Gülnaza görə yaşlı olsa da, pəhriz saxlayan, tacir, orta yaşlarında bir kişidir. Mən pariksiz - saçımı qırxdırmışam – cavan Məşədi İbadı oynayacağam. Mənə elə gəlir ki, klassik obrazdan çıxmağı, təsəvvür etdiyim Məşədi İbadı oynamağı bacarmışam”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər