10 Fevral 2021 15:17
3 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ixtisaslaşmış ilk onlayn səhiyyə kanalı "Medical Media" elm və incəsənət tarximizdə ilk dəfə elmi-tibbi məqaləyə rəqs quruluşu verib. İntellektual məhsulu sənət diliylə təqdim edən layihə koronavirus qurbanlarının xatirəsinə həsr olunub.

Teleqraf.com xəbər verir ki, “Son hədd” adlı etüd dünya şöhrətli “SCİENCE” jurnalının hər il keçirdiyi beynəlxalq rəqs festivalı üçün hazırlanıb və artıq müsabiqədə iştirakı təsdiq edilib.

“COVID-19 pnevmoniyası: diaqnostikasında və menecmentində radioloqun rolu” adlı məqalənin müəllifi Azərbaycan Tibb Universiteti Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanovadır.

İsfar Sarabaskinin (piano) və Şəhriyar İmanovun (tar) ifasında səslənən musiqinin sədaları altında baş verən hadisələr bədii dildə pandemiyanın həyatımıza gətirdiyi çətinlikləri, insanla virusun amansız mübarizəsini və həkimlərimizin sağlamlıq üçün güzəştsiz ölüm-qalım savaşını ifadə edir.

Rəqs etüdün hazırlanması ideyası oftomaloq Leyda Kazımovaya məxsusdur.

Etüddə rolları aktrisalar Gülər Nəbiyeva, Aygün Fətullayeva, İnci Həşimova və tibb elmləri doktoru Məlahət Sultanova ifa edib.

Kompozisiyanın quruluşçu rejissoru Sədi Məmmədovdur.

Rəqsi Boris Şukşin adına Teatr İnstitutun məzunu, rejissor Vüsal Mehrəliyev qurub. Rəqs-etüdün baş prodüseri Medical Media kanalının təsisçisi Azər Xudiyevdir.

Qeyd edək ki, bu gün “Son hədd” etüd-kompoziyasının "Medical Media" şirkətinin ofisində təqdimat mərasimi keçirilib. Mərasimdə tibb mütəxəssisləri, incəsənət xadimləri, jurnallistlər iştirak edib.

"Medical Media" İxtisaslaşmış Səhiyyə Kanalı 2020-ci ildən fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər