5 May 2014 12:47
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 3-də Həmid Herisçinin “Solaxay” romanı oxuculara təqdim olundu. Kitabın satışı ilə maraqlanmaq üçün Kitabevim.az Kitab Marketi ilə əlaqə saxladıq.

Mağazadan Teleqraf.com-a verilən məlumata görə təqdimat günü yazıçının 70-ə yaxın kitabı satılıb: “Bizdə əsasən təqdimat günləri kitab yaxşı satılır. Həmid Heriscinin “Solaxay” romanı da həmin gün təxmini 60-70 nüsxə satıldı. Sonrakı günlər də bir neçə nüsxə sata bilmişik”.

Qeyd edək ki, yazıçı bu romanı sol əli ilə yazıb. Kitab “Zero” nəşriyyatında işıq üzü görüb.

Rövşən


Müəllif: