5 May 2014 13:31
641

Rejissor “Qatil”dən danışdı

Əməkdar incəsənət xadimi Oruc Qurbanov “İlk növbədə o əsəri hazırlayanda fikirləşmək lazımdır ki, sabah tamaşa salonunda ona xanımın, gəlinin baxa bilər. Bunu başa düşən adam onu eləməz. Mənə elə gəlir ki, səhnədə buna o qədər də lüzum yoxdur”. Bu sözləri Teleqraf.com-a açıqlamasında Əməkdar incəsənət xadimi Oruc Qurbanov “Qatil” tamaşasındakı açıq-saçıq səhnələrə münasibət bildirərkən deyib:““Qatil” tamaşasına baxmamışam.

Bələdiyyə Teatrındakı tamaşanın məqşi çox gərgin keçir, 17 00-da zala girib, 23 00-da çıxıram. İnanın, axırıncı dəfə Alim Qasımovla oturub şam yeməyi yeməyim yadıma gəlmir. Ümumi fikrim belədir ki, açıq-saçıqlığın kökü Azərbaycan teatrında olmayıb. Qərb teatrında bu olub və orda səhnədə çox oyunlardan çıxırlar. Biz axı elə böyüməmişik? Biz sovet ideologiyası ilə böyüyən adamlarıq. İndi internetdə o qədər elə şeylər var ki, səhnədə buna ehtiyac varmı?

Bu dəqiqə camaat hiss, həyəcan üçün acıb. Hamı istəyir ki, tamaşa ona təsir etsin. Elə buna görə də azərbaycanlıların hamısı türk seriallarına baxır. Çünki orda insanlar, talelər, hislər var. Bizim tamaşaçıların buna ehtiyacı var. Hökumə Qurbanova deyirdi ki, teatr camaatı ağlatmalıdır: ya faciə ilə, ya da gülməli hadisə ilə”.

Nərmin


Müəllif: Teleqraf.com
Загрузка...