5 May 2014 13:36
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 6-da Musiqili Teatrda Bakı Bələdiyyə Teatrının premyerası gerçəkləşəcək. Teatrdan Teleqraf.com-a daxil olan məlumata görə, tamaşa Elçin Əfəndiyevin “Mənim ərim dəlidir. Diaqnoz D” əsəri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissor Oruc Qurbanovdur. Tamaşada rolları Hüsniyyə Mürvətova, İlqar Musayev, Toğrul Rza, Ülviyyə Rza, Əfqan Sultanov oynayır. Premyerada Elçin Əfəndiyev də iştirak edəcək.

Nərmin


Müəllif: Teleqraf.com