15 Mart 2021 23:43
2 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Kino Sənətləri Akademiyası “Oskar”a namizəd olan filmlərin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, mükafat uğrunda səkkiz film mübarizə aparacaq.

Həmin filmlər bunlardır: Çlo Zhaonun “Köçərilər yurdu” (Nomadland, 2020); Floriana Zellerin “Ata” (The Father, 2020); Şaki Kinqin “İuda və qara məsih” (Judas and the Black Messiah, 2021); Devid Finçerin “Mank” (Mank, 2020); Li Ayzek Çunun “Minari” (Minari, 2020); Emirald Fennelin “Ümid vəd edən qız” (Promising Young Woman, 2020); Darius Marderin “Metalın səsi” (Sound of Metal, 2019); Aaron Sorkinin “Çikaqo yeddiliyinin məhkəməsi” (The Trial of the Chicago 7, 2020) ekran işləri.

Qeyd edək ki, rus rejissor Andrey Konçalovskinin “Əziz yoldaşlar” filmi “Oskar” mükafatının nominantlar siyahısına düşə bilməyib.


Müəllif: Teleqraf.com